Onlayn ictimai-siyasi qəzet
Sabah Azərbaycan və Qarabağdakı erməni nümayəndələrinin Bratislavada keçiriləcək görüşü baş tutmayacaq.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni siyasətçi, qondarma "Artsax Prezidenti" yanında Böhran Şurasının sədri Tiqran Petrosyan bildirib.
O iddia edib ki, Azərbaycan tərəfi heç bir izahat vermədən bu görüşdən imtina edib.
Qeyd edək ki, Qarabağdakı erməni nümayəndələri ilə Bakı arasında müzakirələrin olacağı barədə iddia erməni siyasətçi Arman Babacanyan tərəfindən ortaya atılmışdı. Onun sözlərinə görə, görüş təşəbbüsü ABŞ-dan gəlib və Vaşinqtonun vasitəçiliyi ilə müzakirələrin Bolqarıstanda aparılacaq.
Lakin doğruluq payı olmayan bu iddia Azərbaycan tərəfindən təsdiqlənməmişdi. Bu isə o deməkdir ki, Ermənistan və qondarma rejim özü özünü təzkib edir.
Musavat.com Tiqran Petrosyanın çıxışını təqdim edir:
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ