İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ərdoğan yenə onlara yaşıl işıq yandırmadı - Hər şey "HƏ" cavabına bağlı idi...

Dünya Türkiyənin İsveçlə bağlı qərarını maraqla gözləyir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabahçedə NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Musavat.com xəbər verir ki, Ərdoğanın keçirdiyi qəbulun detalları məlum olub.

Türkiyə lideri ilə NATO baş katibinin görüşü təxminən 1 saat çəkib. İsveçin alyansa üzvlük məsələsinin müzakirə edildiyi kritik sammitdə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər ​​və Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.

Al Jazeeranın məlumatında deyilir ki, NATO-nun baş katibi Türkiyənin vetosunu ləğv etmək üçün İstanbula səfər edib. Stoltenberq İsveçin “öhdəliklərini yerinə yetirdiyini” deyib, lakin o, Ərdoğanla danışıqlarda heç bir irəliləyiş əldə etməyib.

Bildirilir ki, NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə və İsveç nümayəndələrinin Skandinaviya ölkəsinin hərbi ittifaqa qoşulması ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün bir həftədən bir qədər çox müddət sonra yenidən tərəflərlə görüşəcək.

NATO rəhbərinin sözlərinə görə, İsveç Türkiyənin şərtlərini yerinə yetirib.

Lakin xatırladaq ki, bir neçə gün əvvəl Ankaranın kəskin etirazlarına baxmayaraq, İsveçdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəf alan, terror təşkilatı PKK-ya bağlı qruplar tərəfindən təşkil olunan nümayişə icazə verilib.

Bundan başqa, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

NATO-ya üzv olmaq istəyən İsveç yaranan gərginlikdən sonra terrorizmin bütün forma və təzahürləri ilə mübarizədə Türkiyə ilə tam həmrəylik və əməkdaşlıq edəcəklərinə, terror təşkilatı PKK başda olmaqla, milli təhlükəsizliyinə qarşı bütün təhdidlərə qarşı Türkiyəyə hərtərəfli dəstək verəcəyinə, o cümlədən PYD/YPG və FETÖ-nü dəstəkləməyəcəyinə söz verib.

İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçə hələ də yaşıl işıq yandırmayan Ankara terrorla mübarizəni gücləndirən qanun kontekstində İsveçdən konkret addımlar görmək istəyir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR