İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Dünyanın gözü MOSKVADA - Putin diplomatik qələbə qazanır?

Çin Xalq Respublikasının Sədri Si Cinpin müharibə başlayandan sonra ilk dəfə Rusiyaya səfər edib. 

Musavat.com xəbər verir ki, 3 günlük səfərin Beynəlxalq Cinayət Məhkəməsinin Vladimri Putini axtarışda olan şəxs elan etməsindən sonra baş tutması diqqətdən qaçmayıb.

Si Cinpini hava limanında iki ölkənin himnlərini səsləndirən hərbi orkestr və baş nazirin müavini Dmitri Çernışenko qarşılayıb.

Rusiya xəbər agentliklərinin məlumatına görə, Çin lideri buradakı bəyanatında ikitərəfli münasibətlərin sürət qazanacağına ümid etdiyini vurğulayıb. “Mən əminəm ki, səfər səmərəli olacaq, Çin-Rusiya münasibətlərinin sağlam və sabit inkişafına yeni təkan verəcək”, - deyə, Si Cinpin bildirib.

O, həmçinin Rusiya və Çini “yaxşı qonşular” və “etibarlı tərəfdaşlar” adlandırıb.

Beynəlxalq xəbər agentliyi olan Associated Press (AP) Sinin Kremldə olmasını "Putin üçün diplomatik qələbə" kimi şərh edib.

BBC-nin Çin müxbiri Stiven Makdonelin sözlərinə görə, Çin liderinin rusiyalı həmkarına verə biləcəyi 3 fərqli mesaj var:

1. İndi vəziyyəti xilas edəcək bəzi kompromislərlə geri çəkilməyi düşünmək;

2. Davam etmək üçün yaşıl işıq və ya hətta daha sərt bir işğal;

3. Ya da bunların heç biri.

Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Pekində keçirdiyi gündəlik brifinqdə deyib ki, Sinin Moskvaya səfəri dostluq, əməkdaşlıq və sülh səyahətidir.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko isə bildirib ki, Kiyev Çinin Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiya üzərindəki təsirindən istifadə edəcəyini gözləyir. "Ukrayna Çin prezidentinin Rusiyaya səfərini diqqətlə izləyir. Biz BMT Nizamnaməsində və BMT Baş Assambleyasının bu mövzuda son qətnaməsində əks olunmuş prinsiplərə uyğun olaraq Ukraynada sülhün bərpası üçün Çinlə daha sıx dialoq aparmağa hazırıq", - Nikolenko bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR