Onlayn ictimai-siyasi qəzet
Əfqanıstanda baş verən zəlzələ nəticəsində ölənlərin sayı 622-ə çatıb, 1000-dən çox insan yaralanıb.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
***
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, avqustun 31-də Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudada zəlzələ baş verib.
Musavat.com bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabaddan 50 kilometr şimal-şərqdə, 10 kilometr dərinlikdə qeydə alınıb.
Yeraltı təkanlar nəticəsində bölgədə genişmiqyaslı dağıntılar yaranıb. Hindquş dağları bölgəsində 250-dən çox insan həyatını itirib, 500-dən çox insan yaralanıb.
Məlumata görə, Cəlalabadda bir yaşayış binasının dam örtüyünün uçması nəticəsində iki uşaq ölüb. Hazırda xilasetmə işləri davam etdirilir, ölənlərin sayının artacağı istisna edilmir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ