İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Binəli Yıldırım Azərbaycanda yol qəzası keçirdi - Hadisə yerindən İLK GÖRÜNTÜLƏR

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfəri çərçivəsində ölkəmizə gələn Ak Parti sədrinin müavini Binəli Yıldırım yol qəzası keçirib.

Musavat.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, qəza B. Yıldırımın olduğu avtomobilin ön təkərinin partlaması nəticəsində baş verib.

TƏCİLİ BAKIYA GƏTİRİLDİ

Ak Parti sədrinin müavini və avtomobildə olan millət vəkili Şamil Ayrım helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca onların səhhəti barədə açıqlama verib.

"Azərbaycana səfər edən cənab Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobili qəzaya uğrayıb. Onunla (B. Yıldırımla) danışdım və hər üçünün səhhətinin yaxşı olduğunu öyrəndim. Bir daha keçmiş olsun deyirem” - F. Koca bildirib.

Qeyd edək ki, AKP sədrinin müavinləri Ömər Çelik və Efkan Ala onları müşayiət etmək üçün Bakıda qalıblar.

BİNƏLİ YILDIRIMDAN İLK AÇIQLAMA

WhatsApp Image 2022-10-20 at 22.20.53.jpeg (12 KB)

Zəngilan hava limanına gedərkən yol qəzasına uğrayan Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım "Twitter" hesabında səhhəti ilə bağlı paylaşım edib.

O, hazırda səhhətinin yaxşı olduğunu bildirib.

"Azərbaycana səfərimiz zamanı yol qəzası keçirdik. Allaha şükürlər olsun ki, vəziyyətimiz yaxşıdır. Xəstəxanada həkim nəzarətindəyik. Dua edən, "keçmiş olsun" deyən hər kəsə təşəkkür edirəm" - Binəli Yıldırım deyib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR