İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Beynəlxalq Cinayət Məhkəməsindən Putinin həbsinə QƏRAR- YENİLƏNİB

Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verib.

Musavat.com bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumatda bildirilir ki, BCM Ukraynadakı müharibə kontekstində iki nəfərin - Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin və Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin 24 fevral 2022-ci il tarixindən sonra Ukraynanın işğal edilmiş ərazilərindən əhalinin (uşaqların) qanunsuz deportasiyası və qanunsuz olaraq Rusiyaya köçürülməsi kimi hərbi cinayətə görə məsuliyyət daşıyır.  Açıqlamada həmçinin bildirilir ki, Rusiya Prezidenti Vladimir Putinin yuxarıda qeyd olunan cinayətlərə görə fərdi cinayət məsuliyyəti daşıdığını düşünmək üçün mühüm əsaslar var.

Vladimir Putin səyahət məhbusuna çevrildi. Həbs orderinə görə, bundan belə Rusiya prezidenti Tacikistan və Venesuelaya belə gedə bilməyəcək.

Vəkil Sergey Qolubok deyib ki, Putin bu ölkələrdən birinə səfər edərsə, yerli hakimiyyət onu həbs etməli olacaq. Məhkəmə həmçinin analoji ittihamlarla Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseyevna Lvova-Belovanın həbsinə order verib.

BMT Baş Assambleyasının rəhbəri Haaqa məhkəməsinin həbs orderinə baxmayaraq, Putinlə görüşməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Assambleyanın baş ofisi açıqlama verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR