Onlayn ictimai-siyasi qəzet
Sumqayıtda kütləvi zəhərlənmə baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) qafqazinfo-ya verilən məlumata görə, Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına bu gün saat 10:10-da 12 nəfər zəhərlənmə halı ilə bağlı müraciət edib.
“Onlardan 6 nəfəri qadın, 6 nəfəri kişidir. Zəhərlənənlərdən 2 nəfəri reanimasiyada, 3 nəfəri terapiya şöbəsində, 7 nəfəri isə müşahidə palatasında müalicələrini davam etdirilər. Vəziyyətləri qənatbəxşdir, həyati təhlükələri yoxdur”, - TƏBİB-in məlumatında bildirilib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ