Onlayn ictimai-siyasi qəzet
Üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi Almaniyadan Ukraynaya çatdırılıb.
Musavat.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Ukraynadakı səfiri Martin Yaqer məlumat verib.
"Almaniyadan üçüncü “Patriot” hava hücumundan müdafiə sistemi artıq Ukraynaya gəlib. Bu, ölkə əhalisinin və infrastrukturunun təyyarələrdən, dronlardan və raketlərdən müdafiəsini gücləndirəcək", - səfir deyib.
Diplomat bildirib ki, sistemin ekipajı son aylarda Almaniyada müvafiq təlimləri uğurla başa vurub.
Qeyd olunub ki, “Patriot” Ukraynanın müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə gücləndirə bilən zenit-raket kompleksidir. “Patriot” ballistik və qanadlı raketləri, eləcə də təyyarələri vurmağa, şəhərləri və mühüm infrastrukturu qorumağa qadirdir.
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ