İnsanlara hürriyət, millətlərə istiqlal!

Somalidə aclıq: 700 mindən çox insan risk altındadır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) gələn il Somalidə 700 mindən çox insanın aclıq təhlükəsi ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC BMT-nin informasiya mərkəzinə istinadla xəbər verir ki, ardıcıl olaraq beş ildir quraqlığa məruz qalan Somali ərzaq qiymətlərinin yüksəlməsi və münaqişənin şiddətlənməsi səbəbindən aclıq astanasındadır. Proqnozlara görə, 2023-cü ilin yanvar-mart aylarında ölkədə yaşayan iki milyona yaxın insan fövqəladə vəziyyətin təsirinə məruz qalacaq, iyun ayına qədər bu rəqəm 2,7 milyona çatacaq, ilin ortalarında isə 727 min nəfərə yaxın insan aclıq təhlükəsi ilə üzləşəcək.

Təşkilatın Somalidəki nümayəndəsi Etyen Peterşmitt ölkədə vəziyyətin ağır olduğunu, humanitar yardımın hazırkı səviyyəsinin aclıq təhlükəsinin qarşısını almaq üçün kifayət etmədiyini vurğulayıb.

FAO son səkkiz ayda Somalinin 35 rayonda 700 min insana maliyyə yardımı edib, 40 mindən çox insana toxum, heyvan yemi və gübrə verib, həmçinin ucqar rayonlara 27 milyon litr su çatdırıb. Lakin yardımın əhatəsini genişləndirmək və ucqar kəndlərdə yaşayan insanlara dəstəyi artırmaq üçün qurumun əlavə vəsaitə ehtiyacı var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR