İnsanlara hürriyət, millətlərə istiqlal!

Solomon adaları ABŞ hərbi gəmisini öz limanına buraxmayıb

Solomon adaları (Sakit okeanda dövlət) hökuməti ABŞ Sahil Mühafizəsi gəmisinin öz limanına daxil olmasına icazə verməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Stars and Stripes” portalı məlumat yayıb.

Honolulu sahil mühafizəsinin sözçüsü leytenant Kristin Kam ada hökumətinin ABŞ hökumətinin paytaxt Honiarada yanacaq doldurmaq və yenidən təchiz etmək üçün gəminin diplomatik icazə tələbinə cavab vermədiyini söyləyib.

Onun sözlərinə görə, Amerika gəmisi Papua-Yeni Qvineyaya yönləndirilib.

Kristin Kam ABŞ Dövlət Departamentinin Solomon adalarının rəsmiləri ilə əlaqə saxladığını və onlardan vəziyyətə aydınlıq gətirmələrini tələb etdiyini bildirib.

Xəbərdə ada dövlətinin Böyük Britaniyadan gələn “Spey” patrul gəmisinin də limana girişini yasaqladığı qeyd olunur.

Qeyd edək ki, Solomon adaları Çin və ABŞ arasında yeni geosiyasi toqquşma nöqtələrindən sayılır. Solomon adaları hökuməti Çin Xalq Respublikası ilə bu ilin aprel ayında təhlükəsizlik müqaviləsi bağlayıb.

Çinlə bağlanan pakt təkcə ABŞ-ın deyil, Avstraliyanın da qəzəbinə səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR