Onlayn ictimai-siyasi qəzet
“Sol qolumu itirdim, ölmək istəyirəm”.
Bu sözləri Serdar Ortaç deyib.
Qeyri-qanuni mərc reklamı etdiyi üçün bir müddət ev dustaqlığına buraxıldıqda müğənni sol qolunu itirdiyini bildirib.
Barəsində 3 ilə qədər həbs cəzası istənən Serdar Ortaç Özlem Esra Adanın proqramına qonaq olub. MS (Multipl Skleroz - sinir sistemi xəstəliyidir və mərkəzi sinir sistemi, beyin və onurğa beyni ilə bağlı olur) xəstəliyi ilə mübarizə aparan müğənni deyib:
“Xəstəliyimə görə sol ayağımı itirdim, yeriməkdə çətinlik çəkdim, amma 'Yenə konserti verəcəyəmm", - dedim və bunu etdim. Lakin başıma qumar bəlası gəldi, cəzalandırıldım. Evdə qandallı gəzməkdən çox narahat olduğum üçün sol qolumu itirdim. Artıq ağlıma gələni heç vaxt deməyəcəyəm. Bu mənim son müsahibəmdir. Bir daha danışmayacam. Dəyər yox, danışmağa dəyməz.
Mən ölmək istəyirəm. Şox şeyi sevirdim. Doğduğum şəhəri, vətənimi... Çox şeylər var idi. Artıq özümü belə sevmirəm”./Yenisabah.az/
13 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ