Onlayn ictimai-siyasi qəzet
"Donald Trampa qarşı həyata keçirilən terror aktının günahkarı ABŞ prezidenti Co Bayden və onun seçki qərargahıdır".
Musavat.com xəbər verir ki, bu və buna bənzər iddialar artıq dünyanın çeşidli ölkələrinin, xüsusilə də ABŞ-nin informasiya məkanında intensivləşməkdədir.
Burada məntiq bundan ibarətdir ki, Bayden və onun seçki təbliğatını aparanlar Amerikanı və dünyanı Trampla həddindən artıq çox qorxutdular. İqtidara gələcəyi təqdirdə ən qorxulu mümkün ssenarilər sosial və qlobal mediada dəfələrlə və israrla tirajlandı. Bu, açıq-aydın təhrik və Trampı hədəfə çıxarmaq kimi dəyərləndirilir.
"Belə bir aqressiv kampaniya sıravi amerikalıların bəzilərində, xüsusilə psixoloji problemi olan gənclərdə Trampa qarşı aşırı nifrət duyğusu və onu öldürmək hissi formalaşdırıb".
ABŞ sosial mediasında gedən tənqid və ittihamları bu cür ümumiləşdirmək olar. Bu düşüncənin tərəfdarları hesab edirlər ki, Trampa atəş açan 20 yaşlı gənc Tomas Metyu Kruks da məhz bu cür propoqandaların, alqı (təəssürat) əməliyyatlarının qurbanıdır.
Belə bir tənqidi dalğa ABŞ prezidenti Co Baydeni də "vurmaqdadır". İctimai qınaq dalğasının şiddəti o qədərdir ki, Bayden Tramp haqda dediyi təhrikçi ifadəsinə xüsusi izahat verməyə məcbur qalıb.
Musavat.com həmin video parçanı orijinaldan təqdim edir:
Nə deyir ABŞ prezidenti burada? Bayden Trampa sui-qəsd cəhdi həftəsində söylədiyi sözlərə görə özünə düzəliş verir. Həmin anlarda söylədiyi o qorxunc, təhrikçi söz nədir? Buyurun, oxuyun: “Trampı hədəf taxtasına qoymağın zamanı gəldi!" (It’s time to put Trump in a bullseye). Adam açıq şəkildə: "Trampı vurmağın vaxtı gəldi", - deyir və onu vururlar...
Bu videoda isə Bayden belə qıvırır (burcudur): "Mən nəzərdə tuturdum ki, ona diqqət yetirin. Diqqətinizi onun gördüyü işlərə yönəldin, onun siyasətlərinə diqqət yetirin, debatda söylədiyi yalanların sayına diqqət yetirin".
Musavat.com,
Siyasət şöbəsi
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ