Onlayn ictimai-siyasi qəzet
“The Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, Qazaxıstanda qəzaya uğrayan Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması raket zərbəsi və ya hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyəti nəticəsində baş verə bilər.
Musavat.com -un məlumatına görə, nəşr qeyd edir ki, təyyarə son həftələr Ukrayna dronlarının hədəfində olan Rusiya Şimali Qafqazı üzərindən keçərkən qəzaya uğrayıb. Bu bölgədə Rusiya HHM qüvvələrinin xüsusilə “Pantsir-S1” (NATO təsnifatına görə SA-22) sistemlərindən istifadə etdiyi vurğulanır. Həmin sistemlərin təyyarəni kruiz yüksəkliyində vurmaq imkanına malik olduğu bildirilir.
Aviasiya mütəxəssisləri, xüsusilə Osprey Flight Solutions şirkətinin kəşfiyyat direktoru Mett Bori, təyyarənin quyruq hissəsində müşahidə olunan zədələrin quşlarla toqquşmaya aid olmadığını, lakin bunun dəqiq təsdiqi üçün əlavə məlumatlara ehtiyac olduğunu qeyd edib.
Bundan əlavə, Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin yayımladığı görüntülərdə təyyarənin quyruq hissəsində perforasiya (deşiklər) izləri müşahidə olunub. Ekspertlər bu zədələrin HHM sistemlərinin fəaliyyəti və ya raket zərbəsinə aid ola biləcəyini ehtimal edirlər.
Qəzanın səbəbləri ilə bağlı yekun nəticələr istintaq tamamlandıqdan sonra açıqlanacaq. Hazırda qəzaya nə səbəb olduğu barədə müxtəlif versiyalar nəzərdən keçirilir.
Mənbə: The Wall Street Journal, Qazaxıstan FHN https://www.wsj.com/world/dozens-feared-dead-in-crash-after-passenger-flight-diverts-from-russia-fb2cdf2c?mod=WhatsApp
Musavat.com
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ