İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK İDDİA: Ruslar Britaniyanın nüvə arsenalını oliqarxların yaxtları ilə İZLƏYİR

Ruslar Britaniyanın nüvə arsenalını oliqarxların yaxtları vasitəsilə izləyir.

Musavat.com xəbər verir ki, bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.

Nəşr Britaniya hərbi mənbələrinə istinadən yazır ki, Böyük Britaniya ətrafında Rusiyaya aid sensorlar aşkar edilib.

Ehtimal olunur ki, bu sensorlar Britaniyanın atom sualtı qayıqlarını izləmək üçün nəzərdə tutulub. Kral Donanması tərəfindən sahil zonasında və dəniz dibində aşkar edilən cihazlar, nüvə raketləri daşıyan "Vanguard" sinifli sualtı qayıqlar haqqında kəşfiyyat məlumatları toplamaq məqsədi daşıyan "boz zona" əməliyyatının bir hissəsi hesab edilir.

Bu tip sualtı qayıqlardan biri daima dənizdə olur və davamlı nüvə təzyiqi təmin edir. Britaniya Müdafiə Nazirliyi bunu milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirir.

Araşdırmalar göstərir ki, Rusiya öz sualtı imkanlarından əsas infrastrukturun – rabitə kabellərinin, enerji şəbəkələrinin və hərbi obyektlərin xəritələşdirilməsi və potensial təxribat üçün istifadə edir. Əməliyyatda hətta Rusiya oliqarxlarının superyaxtaları da iştirak edə bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR