İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GÖRÜNTÜLƏR! Təyyarəmizi vuran raketin qalığı - Rusiya mediası yayıb, daha sonra silib

"Dünən səhər saatlarında “Pantsir-1C” HHM-nin yuxarı pilləsi Vladiqafqaz istiqamətində düşüb”.

Musavat.com xəbər verir ki, bu barədə "online Vladikavkaz" telegram kanalı məlumat yayıb.

Bəzi məlumatlara görə, eyni yuxarı pillə Qroznının Şalinski rayonunda qəzaya uğrayıb, bu barədə yerli ictimai səhifələrdə hökumətyönlü media yazıb.

Lakin sonra Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərlər fonunda hər şey silinib.

Qeyd edilib ki, Azərbaycana məxsus təyyarə də məhz bu HHM ilə vurulub.

Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşan zaman hücuma məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə "Caliber" məlumat əldə edib.

Qeyd olunur ki, Rusiya tərəfindən elektron sistemlərdə məhdudiyyətlərin tətbiq edilməsi təyyarənin rabitə sistemini iflic edib.

Caliber.az-ın etibarlı hökumət mənbələrindən əldə etdiyi məlumata görə, ilkin istintaq nəticələrinə əsasən, Bakı-Qroznı reysi üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemi olan “Pantsir-S” ilə hədəf alınıb. Həmçinin, Rusiya tərəfinin Radioelektron Mübarizə (REB) sistemlərindən istifadəsi nəticəsində təyyarənin tamamilə rabitəsiz qaldığı bildirilib. Bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib, yalnız Xəzər dənizi üzərində siqnal bərpa edilib.

Həmin görüntüləri təqdim edirik.

@@TVmusavat/104415@@

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR