İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK GÖRÜNTÜ ÜZƏ ÇIXDI -Bu ölkə "Vaqner" vəsitəsilə Rusiyaya dəstək verir

ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib ki, Şimali Koreya Ukraynadakı müharibədə istifadə etməsi üçün Rusiyanı silahla təmin edir.

Musavat.com xəbər verir ki, Kirbi Pxenyan rəhbərliyinin Moskvaya dəstəyinin Rusiya mərkəzli "Vaqner" muzdlu qrupu vasitəsilə həyata keçirildiyini qeyd edib.

“Biz Şimali Koreyanın hərəkətlərini açıq şəkildə pisləyirik və "Vaqner"i bu vasitəçiliyi dərhal dayandırmağa çağırırıq. Daha əvvəl qeyd etdiyimiz kimi, Şimali Koreyadan silah göndərilməsi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir. Buna görə də biz bu pozuntularla bağlı məlumatları Təhlükəsizlik Şurasının Şimali Koreyanın Sanksiya Komitəsində olan ekspert heyəti ilə paylaşırıq. "Vaqner"ə çatdırılan silahların miqdarının Ukraynadakı müharibənin dinamikasını dəyişmədiyi qiymətləndirilsə də, Şimali Koreyanın silah tədarükünün davam edəcəyini gözləyirik" - o bildirib.

Kirbi Şimali Koreyanın keçən il Ukraynada istifadə edilmək üçün "Vaqner" qrupuna silah göndərdiyini sübut edən peyk fotoşəkillərini ictimaiyyətlə paylaşıb və silahların Rusiyaya qatarlar vasitəsilə çatdırıldığını deyib. O, həmçinin bildirib ki, ABŞ Maliyyə Nazirliyi "Vaqner"i “beynəlxalq cinayət təşkilatı” olaraq təyin edəcək və gələn həftə qruplaşmaya qarşı yeni sanksiyalar tətbiq olunacaq.

63cb9afa4e3fe1120c59bbf1.jpg (74 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR