İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Bakıda 3100 manata yolka satılır - Videoreportaj

Yeni ili oyuncaqlar və rəngli işıqlarla bəzədilmiş şam ağacı olmadan təsəvvür etmək mümkün deyil.

Bəzən olur ki, bayram həvəsi ilə vətəndaşlar evlərindəki köhnə şam ağacını yenisi ilə əvəz etmək istəyirlər. Amma çox zaman ailənin büdcəsi buna imkan vermir. Biz də internet üzərindən bəzi yeni il ağacı satılan səhifələrə müraciət edərək qiymətləri araşdırmaq istədik. Qeyd edək ki, süni şam ağacının ölçüsündən və yeni il akseasuarlarından asılı olaraq qiymətləri dəyişir.

Yəni, orta ölçüsü 1.50 və 1.80 sm-lik yolkaları 250 manatdan 450 manatadək, 2.50 və 3.50 smlik olanları isə 700 manatdan 1100 manatadək əldə etmək mümkündür. Lakin qarşımıza çıxan səhifələrin birindəki qiymət bizi təəccübləndirdi. Ünvanları qeyd edilmədiyi üçün üçün telefonla əlaqə saxladıq. Elə özünüz eşitsəniz yaxşıdır.


3100 MANATA YENİ İL AĞACI?


Bəli, elanlardan birində "yolka"nın 3100 manata olduğunu gördük. Heç 3100 manata da süni şam ağacı olar? Bu şişirdilmiş məbləğ deyilmi? Mövzu ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərovla danışdıq. Ekspert dedi ki, süni qiymət artımının digər səbəblərindən biri də bir qrup vətəndaşın müvafiq alıcılıq qabiliyyəti ilə bağlıdır. Yəni, həmin məhsulların alıcısı azsaylı olsa da, məhz həmin qiymətə satılır.

Şəhərdə yeni il ab-havası hiss olunur. Bəzəkli yolkalar alıcılara gəl-gəl desə də, qiymətlər get-get deyir. Təsadüfi deyil ki, vətəndaşlar qiymətləri daha ucuz və münasib olan yarmarkalara üz tuturlar.


Qiymətləri və alıcı tələbatını öyrənmək üçün yarmarkadakı satıcılarla da söhbət etdik. Onlar da hər alıcının büdcəsinə uyğun yeni il ağacları olduğunu bildirdilər.

Və sonda...Hər kəs öz evində ən gözəl "yolka"nı qurmaq istəyir. Amma onun məbləğinin önəmi yoxdur. İstəyirsiz 30 manatlıq şam ağacı qurun, istəmirsiz 3000 manatlıq. Əsas odur ki, bayramınız xeyirli gəlsin...

 

Dürrə Həsənova
Rafət Şahbazov

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR