İnsanlara hürriyət, millətlərə istiqlal!

Soçidən son xəbərlər: Qarabağla bağlı sonuncu bənd... – Detallar açıqlandı – Elxan Şahinoğlu “Canlı”da

Rusiyanın vasitəçiliyi ilə keçiriləcək Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Soçi görüşünün hansı ərəfədə olmasına diqqət yetirmək lazımdır. Bu, o ərəfədə baş tutur ki, noyabrda ABŞ, Avropa İttifaqının Azərbaycan və Ermənistana təqdim etdiyi sülh müqaviləsinin mətni tərəflər arasında düzəliş edildikdən sonra müzakirə edilməkdə idi. Belə bir ərəfədə Rusiya təşəbbüsü öz üzərinə götürərək məhz onun platformasında Bakı və İrəvan arasında razılıq olmasını istəyir. Əslində bizim üçün Qərb, yoxsa Rusiya platformasının önəmi yoxdur. Əsas məsələ Qarabağın Azərbaycanın əsas hissəsi olması ilə bağlı Ermənistan hüquqi sənədə imza atmasıdır.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

Onun fikrincə, Rusiyanın bizə təqdim edilən sülh mətnində Qarabağın “status” məsələsi faktiki olaraq gələcəyə saxlanılır: “Bu, Azərbaycanın maraqlarına cavab vermir. Qərbin təklif etdiyi sülh konsepsiyasında isə Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası önə çəkilir. Eyni zamanda Azərbaycanla Qarabağ erməniləri arasında dialoq nəzərdə tutulur. Bu, əslində daha məqbul variant hesab edilir. Ona görə də, verilən təkliflərdə yaxşı olar ki, ədalət və beynəlxalq hüquq da düşünülsün. Biz Soçi görüşü ərəfəsində bəzi dairələr tərəfindən Azərbaycana qarşı intensiv kampaniyaların aparıldığını da görürük. Böyük Britaniyanın BBC, Fransa, İran və Rusiyanın kütləvi informasiya vasitələrində sistemli şəkildə Azərbaycana qarşı təzyiq elementlərinin şahidi olduq. Bütün bunlar onu göstərir ki, ermənilər bir çox hallarda bəzilərinin maraqlarına cavab verir. Həmçinin onlar Nikol Paşinyana təzyiq etməklə ermənilərin maraqlarının itirilməsinə şərait yaratmaq istəmirlər. Çünki Rusiya telekanallarında Azərbaycanla, Qarabağla bağlı cəfəng xarakterli məlumatlar veriləndə Ermənistan tənqid edilmirdi. Hətta Qarabağdakı separatçılar müdafiə olunurdu”.

Ümumiyyətlə, nələr gözlənilir? Rusiyanın hansı planı qüvvəyə minəcək? Azərbaycan hansı etirazları edəcək? Status, Rusiya sülhməramlıları məsələsi gündəmə gətiriləcəkmi?

Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Elxan Şahinoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR