İnsanlara hürriyət, millətlərə istiqlal!

Sobçak İsrail ordusuna ÇAĞIRILIR - FOTO

İsrail pasportu alan rusiyalı teleaparıcı Kseniya Sobçak bu ölkədə elan olunmuş ehtiyatda olan əsgərlərin səfərbərliyi meyarlarına cavab verir.

Musavat.com xəbər verir ki, bu barədə "Novıye İzvestiya" nəşri yazıb.

Qeyd olunub ki, bu halda teleaparıcı İsrail Müdafiə Qüvvələrinə qoşulmalıdır. 

Xatırladaq ki, Sobçakın İsrail pasportuna sahib olması ilə bağlı məlumatlar ötən ilin oktyabrında mediada yayılıb. Sənədlərin dərc edilmiş fotoşəkillərinə görə, o, bir ay əvvəl pasport alıb. Onun bu sənədlə Litvaya gedə bildiyi iddia edilirdi. Bundan əvvəl isə teleaparıcı dəfələrlə xarici vətəndaşlığı olmadığını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR