İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şlyapa Zahid” işi məhkəmədə - 42 milyon necə mənimsənilib?

Müdafiə Nazirliyinin məşhur sabiq qalmaqallı zabiti Zahid Niftəliyevin 42 milyonluq mənimsəmədə ittiham olunması ilə bağlı cinayət işi üzrə məhkəməsi başlayıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib.

Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib. İlk baxış iclası iyulun 31-nə təyin edilib.

Z.Niftəliyev iki il əvvəl rüşvət alma ittihamı ilə həbs edilmiş, Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza vermişdi. Zahid Niftəliyev azadlığa buraxıldıqdan sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İstintaq baş idarəsi tərəfindən həbs edilib, apellyasiya məhkəməsi hökmdən verilmiş protesti təmin edərək Z.Niftəliyevi külli miqdarda rüşvət almaqda təqsirli bilib 8 il 6 ay azadlıqdan məhrum edib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Z.Niftəliyev öz adına formal şirkət açaraq "Atabank"dan köçürülmüş 42 milyon manat krediti mənimsəməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə ATABANK ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan ATABANK ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Növbəti məhkəmə iclaslarında Zahid Niftəliyevin mənimsənilən xüsusilə külli miqdarda vəsaitlə bağlı izahı məlum olacaq.

Qeyd edək ki, Z.Niftəliyev Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun yaxın adamı olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR