Onlayn ictimai-siyasi qəzet
Slovakiya Ukrayna ərazisindən qaz tranzitini dayanmasına hazırdır, ölkənin qaz anbarları tam doludur. Musavat.com xəbər verir ki, bu barədə Slovakiyanın “Pravda” xəbər portalı ölkənin baş nazirinin müavini, iqtisadiyyat naziri Denis Sakovaya istinadən məlumat yayıb.
“Ukrayna ərazisindən qazın tranziti ilə bağlı uzun müddətdir ki, Slovakiya və Ukrayna hökumətlərinin birgə iclaslarında danışıqlar aparırıq. Rusiya tərəfi ilə də danışıqlar aparılıb. Müzakirə etdiyimiz bir çox alternativ var (Ukrayna vasitəsilə qaz nəqlini davam etdirməyə-red.). Ukrayna isə Slovakiyaya da zərər verəcək birtərəfli addım atmağa qərar verdi. Eyni zamanda mən Slovakiyanın bütün sakinlərini və bütün şirkətlərini əmin etmək istəyirəm ki, biz bu ssenariyə hazırıq. Slovakiya qaz çatışmazlığı təhlükəsi ilə üz-üzə deyil”.
Portalın yazdığına görə, Slovakiyanın yeraltı qaz anbarlarında bir il əvvəllə müqayisədə 20 faiz çox qaz toplanıb. Onlar demək olar ki, 100 faiz doludur. Ölkə alternativ mənbələrdən enerji xammalı almağa hazırdır. Onun qazla təchizatında BP, Exxon Mobil, Shell, RWE və ENI şirkətləri iştirak edir. Mayeləşdirilmiş qaz tədarükü ABŞ-dan dəniz yolu ilə həyata keçirilə bilər.
Bu arada portalın məlumatına görə, ölkə Qərb kəmərləri ilə alacağı qaza görə daha çox pul ödəməli olacaq.
Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisindən nəqli 1 yanvar Moskva vaxtı ilə saat 8.00-dan dayandırılacaq.
Musavat.com
04 Yanvar 2025
03 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ