Onlayn ictimai-siyasi qəzet
“Müharibələr ya tərəflərdən birinin hərbi məğlubiyyəti ilə, ya da iqtisadi və ya hərbi tükənmə ilə bitir. Hazırda nə Moskva, nə də Kiyev bu vəziyyətə yaxındır”.
Musavat.com xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts ZDF-yə müsahibəsində danışıb.
Merts vurğulayıb ki, mövcud diplomatik səylər müharibənin başa çatmasına yönəlib, lakin bu, “Ukraynanın kapitulyasiyası bahasına olmamalıdır”. Ukrayna müstəqilliyini itirsə, növbədə başqa ölkə olacaq:
“Birisi gün bizim də növbəmiz çatacaq. Bu, çıxış yolu deyil”.
Fridrix Merts qeyd edib ki, hazırda Almaniyada Ukraynaya quru qoşunlarının göndərilməsi barədə danışılmır.
Kanslerin sözlərinə görə, Kiyevin təhlükəsizliyini təmin etmək üçün müttəfiqlər Ukrayna ordusunu dəstəkləməkdə davam edəcək ki, ölkəni uzunmüddətli perspektivdə qoruya bilsin.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ