İnsanlara hürriyət, millətlərə istiqlal!

Sentyabrda bürcləri nə gözləyir? - PROQNOZ

Sentyabr ayında bürcləri mühüm kosmik hadisələr gözləyir. Ayın əvvəlində baş verəcək Balıqlar bürcündə Ay tutulması və 21 sentyabrda yaşanacaq Qız bürcündə Günəş tutulması həyatın müxtəlif sahələrində dönüşlər yaradacaq.

Saturn və Uranın retroqrad hərəkəti isə insanları öz daxili dünyasına nəzər salmağa, qərarlarını yenidən qiymətləndirməyə sövq edəcək. Bu ay bürclər üçün əsas mövzu dəyişiklik, harmoniya və yeni başlanğıclar olacaq.

Sentyabr ayı üçün nəzərdə tutulan bürc proqnozunu təqdim edirik:

Qoç

Sağlamlıq və gündəlik həyat mövzuları ön plana çıxacaq. Daha nizamlı rejim və balanslı qidalanma uğur gətirəcək.

Buğa 

Sevgi və yaradıcılıq sahəsində yeniliklər mümkündür. Münasibətlərdə dönüş nöqtəsi yaşana bilər.

Əkizlər 

Karyera və iş həyatında dəyişikliklər baş verə bilər. Ailə ilə iş arasında balans vacib olacaq.

Xərçəng 

Təhsil, səyahət və yeni biliklər ön planda olacaq. Dünyagörüşdə mühüm dönüşlər mümkündür.

Şir 

Maliyyə və ortaq gəlirlər sahəsində dəyişikliklər yaşana bilər. İnvistisiya və pul idarəsində diqqətli olmaq gərəkdir.

Qız 

Münasibətlər və tərəfdaşlıqla bağlı yeni mərhələ başlayacaq. Əməkdaşlıq uğur gətirəcək.

Tərəzi 

Sağlamlıq və iş gündəliyində dəyişikliklər önə çıxacaq. Intuisiyaya güvənmək faydalıdır.

Əqrəb 

Sevgi və dostluq münasibətlərində yeni imkanlar yaranacaq. Yaradıcılıq və şəxsi inkişaf üçün əlverişli dövrdür.

Oxatan 

Ailə və evlə bağlı dəyişikliklər gündəmdə olacaq. Yeni başlanğıclar üçün uyğun vaxtdır.

Oğlaq 

Ünsiyyət, təhsil və yaxın çevrə ilə münasibətlərdə dönüşlər yaşanacaq. Yazılı və şifahi ifadə güclənəcək.

Dolça


Maliyyə planlaması və yeni gəlir mənbələri önə çıxacaq. Xərcləri idarə etmək önəmli olacaq.

Balıqlar

Şəxsi həyat və imicdə dəyişikliklər gözlənilir. Özünü daha yaxşı tanımaq və yeni mərhələyə qədəm qoymaq mümkündür./Sfera.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR