İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin fəaliyyətinə xitam verilib

ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin fəaliyyətinə xitam verilib.

XİN-dən Musavat.com-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanlanmış birgə müraciət məktubuna uyğun olaraq, ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Qeyd edək ki, 1 sentyabr 2025-ci il tarixində ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin keçmiş Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsinin vəzifəsində polşalı diplomat Anjey Kaspşik çalışıb.

Anjey Kaspşik bu vəzifəni 1997-ci ilin yanvar ayından tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR