Onlayn ictimai-siyasi qəzet
Polşanın ultrasağ siyasətçisi, “Konfederasiya” və “Rux Narodovi” partiyalarının keçmiş fəalı David Şestak siyasətdən ayrılaraq şəxsi münasibətlərinə üstünlük verməyi seçib. O, uşaqlığında oğlan kimi yaşayan, sonradan cinsiyyət dəyişmə əməliyyatı keçirən Mixalina Maniosla münasibət qurub.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə yerli RMF24 saytı məlumat yayıb.
Onların tanışlığı internetdə başlayıb. David əvvəlcə Mixalinanın şəkillərini bəyənib, Polşadakı görüşdə isə ortaq maraqlarının çox olduğunu görüb və nəticədə cütlük münasibət qurub.
Hadisə mediada böyük maraq doğurub, çünki Mixalina kifayət qədər tanınmış şəxsdir: o, “Top Model” şousunda iştirak edib, psixologiya və seksologiya təhsili alıb, İsveçlə Polşa arasında yaşayır.
Musavat.com
01 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ