İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiya: Fitso sağalır, tezliklə işinin başına qayıdacaq

Slovakiyanın sui-qəsddən sağ çıxan baş naziri Robert Fitso yaxın vaxtlarda işə qayıdacaq.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu iyulun 1-də baş nazirin müavini və müdafiə naziri Robert Kalinyak deyib.

Onun sözlərinə görə, siyasətçi öz vəzifələrinin icrasına tədricən qoşulmaq niyyətindədir.

"Hər şeyin tamamilə plana uyğun getdiyini deyə bilmərəm, amma deyə bilərəm ki, vəziyyət artıq o qədər yaxşılaşıb ki, baş nazir bu həftə baş tutan sammitin müzakirəsində fəal iştirak edib", - Kalinyak izah edib.

O, Fitsonun reabilitasiyasının davam etdiyini və iyulda ictimaiyyət qarşısına çıxacağını açıqlayıb. Kalinyak onu da bildirib ki, sui-qəsddən sonra Slovakiyanın baş nazirinin dayaq-hərəkət sistemində daimi problemləri olacaq.

İyunun əvvəlində Fitso, həyatına sui-qəsdin “tənha dəli” tərəfindən həyata keçirildiyinə inanmadığını söyləyib və onu “müxalifət fəalı” adlandırıb. O, həmçinin qeyd edib ki, hücum edənə nifrət etmir və dəymiş ziyana görə təzminat tələb etməyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR