İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzovdan Lavrova: “Suyunuz süzülə-süzülə qayıtdınız”

Milli Məclisin plenar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanla bağlı səsləndirdiyi fikirlərə kəskin reaksiya verdi.

Deputat bildirdi ki, Rusiya XİN rəhbəri çıxışlarında mütəmadi şəkildə erməni yanğısını nümayiş etdirir: “Bu adam gah deyir ki, onlar vaxtında ermənilərə təklif verdilər, dəyərləndirilmədi, gah mərhələli, gah da Madrid prinsiplərindən danışır. Ermənistan rəhbərliyi son vaxtlar statusdan çox Qarabağdakı ermənilərin hüquqları barədə danışır. Xarici işlər naziri belə çıxış edər? Soçi görüşündə də bu mövzunu salmaq istəyirdiniz. Amma Azərbaycanın qətiyyətli çıxışı nəticəsındə bu mövzu ləğv olundu. Suyunuz süzülə-süzülə qayıtdınız”.

S.Novruzov delimitasiya və demarkasiya prosesinin tormozlanmasından da bəhs etdi: “Rusiya deyir ki, xəritələr tək bizdədir. O zaman niyə dayanırsız? Verin xəritələri, çıxarın qoyun ortaya, nəyi gizlətmək istəyirsiz? Bu gün Rusiyanın Müdafiə, Xarici işlər nazirlikləri, mediası tərəfindən Azərbaycana qarşı qərəzli çıxışlar edilir. Biz indidən Rusiyanın hər addımına cavab verməliyik, sonradan deməyək ki, bu ölkə niyə belə elədi. Hər addımına qarşı adekvat cavab verməliyik”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR