İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: “İmam Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın”

Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov İranın Azərbaycana qarşı təhdidlərindən danışdı. Deputat bildirdi ki, Arazın kənarında belə təlimlərin keçirilməsi ölkəmizə qarşı təhdiddir və qəbulolunmazdır: “Araz çayını velosipedlə də keçmək olar, ora körpü atmağa nə nə ehtiyac var? Bu artistliytin heç bir yeri yoxdur və bununla kiməsə hədə-qorxu gəlmək olmaz”.

Deputat İranın anti-Azərbaycan siyasətinin qəbulolunmaz olduğunu bildirdi: “Adını “Mehdi ordusu” qoyanlar bəs 65 məscid, qəbristanlıqlar və digər islama aid abidələrin təhdir olunduğu, dağıdıldığı zaman harda idi? Əgər Mehdinin adından istifadə olunursa, onda Mehdi gələndə gərək elə birinci İrandan başlasın, İranda ədaləti təmin eləsin”.

S.Novruzov dedi ki, Zəngilan və Cəbrayılda Türkiyə və Azərbaycan liderlərinin mesajları Azərbaycanın tək olmadığını göstərdi. “Bu, onu göstərir ki, Azərbaycana qarşı hər hansı təhdidə qarşı Azərbaycanın qardaşları, müttəfiqliyi onu dəstəkləyir və dəstəkləyəcək”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR