İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyavuş Novruzov: Heç kəs heç kimə havadan pul vermir

Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında çıxış edərkən əvvəlcə spikerin Cenevrə səfəri barədə fikirlərini söylədi. Daha sonra o, “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə danışdı.

Musavat.com-un məlumatına görə deputat bildirdi ki, son dövlər dünyada təhlükəsizlik məsələsi bir saylı məsələyə çevrilib. S.Novruzov bu mənada ABŞ-ın keçmiş prezidenti Corc Buşun 11 sentyabrdan sonra Ağ Evin bir saylı prioritetinin təhlükəsizlik məsələsi olduğu barədə dediklərini xatırlatdı. Bildirdi ki, Azərbaycan hüquq mühafizə orqanları prezidentin rəhbərliyi ilə yüksək peşəkarlıq nümayiş etdirərək təhlükəsizliyimizi təmin edir. “Sonrakı dövrlərdə Azərbaycanı müxtəlif yanğınlarla imtahana çəkməyə çalışıblar”-deyən komitə sədri bildirdi ki, bu mənada da məkrli qüvvələr hədəflərinə çata bilməyiblər.

S.Novruzov qeyd etdi ki, bu gün dünyanın bütün mötəbər tədbirləri məhz Azərbaycanda keçirilir: “COP29 kimi mühüm tədbirin Azərbaycandakı sabitliyin, söz, mətbuat azadlığının mövcudluğunun nümunəsidir”. Komitə sədri dedi ki, Azərbaycanda sapı özümüzdən olan baltalar, siyasi partiyalar, vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanı düşünməyərək xarici ölkələrdə baş verən terror aktlarının ölkəmizdə də olmasını arzu edirlər. “Terrorun mənbəyi maliyyədir”-deyən S.Novruzov bildirid ki, həyata keçirilən tədbirləri daha da kəskinləşdirmək lazımdır. Komitə rəhbərinin sözlərinə görə, mənbəyi məlum olmayan vəsait alanlara qarşı daha sərt tədbirlərə ehtiyac var. “Heç kəs heç kəsə havadan pul vermir, maliyyə ayırırsa, demək arxasında sifariş dayanır”-S.Novruzov xüsusilə vurğuladı.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR