Onlayn ictimai-siyasi qəzet
İsrailin keçmiş baş naziri Naftali Bennet ölkənin hazırkı rəhbərliyini sərt tənqid edərək, İsrailin Yaxın Şərqdə mövqelərini itirdiyini bildirib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə öz Facebook səhifəsində prezident Donald Trampın regiona səfərinin yekunlarını şərh edərkən yazıb.
“Yaxın Şərq gözümüzün qarşısında həqiqətən tektonik dəyişikliklərə məruz qalır. Düşmənlərimiz gözümüzün önündəcə güclənir”, - yazan siyasətçi vurğulayıb ki, Netanyahu, Smotriç və onlarla birlikdə olan siyasətçilər qrupu heç nə baş vermirmiş və ya yoxmuş kimi susurlar.
O, həmçinin ABŞ-ın Qətərlə imzaladığı əsas razılaşmalara, Türkiyə silahlı qüvvələrinin modernləşdirilməsinə, Suriyaya qarşı sanksiyaların ləğvinə və Səudiyyə Ərəbistanının nüvə proqramının təsdiqinə diqqət çəkib. Bennetin sözlərinə görə, bu şərtlər altında İsrail onilliklər ərzində əldə etdiyi texnoloji və hərbi üstünlüyünü itirir.
“Hökumət tamamilə iflic vəziyyətindədir: HƏMAS-ın kökləri olan terrorun paytaxtı Qətər ABŞ-la trilyon dollarlıq müqavilə imzalayır, strateji hərbi mövqelərini modernləşdirir, İsrail hökuməti isə susur”, - deyə o, yekunlaşdırıb.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ