Onlayn ictimai-siyasi qəzet
İnsan alveri və məcburi əmək qurbanlarının aşkarlanması məqsədilə keçirilmiş tədbirlər zamanı isə 4 miqrasiya kanalı müəyyən olunaraq 15 əcnəbi saxlanılıb.
Keçirilən reydlər zamanı isə küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 616 azyaşlı müəyyən edilərək onları hüquqazidd əməllərə təhrik etmiş 354 valideyn haqqında qanunauyğun tədbirlər görülmüş, eyni zamanda icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına uşaqların sosial problemlərinin həlli məqsədilə 490 material göndərilib.
Musavat.com-un məlumatına görə, bunu İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı Seyfulla Əzimov parlamentdə çıxışı zamanı bildirib. Milli Koordinator əlavə edib ki, cinayət təqibi və qurbanlarla iş İnsan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi məqsədilə xüsusi polis qurumu tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri və 1 məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət aşkarlanıb:
“Həmin faktlar üzrə 15 cinayət işi başlanılaraq 16 şəxs -13-ü qadın, 3-ü kişi olmaqla təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 13 cinayət işinin istintaqı tamamlanıb 14 nəfər məhkəmə məsuliyyətinə verilmiş, insan alverçilərinin 11-i haqqında ittihamedici hökmlər çıxarılıb”.
E.Paşasoy,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ