Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov Milli Məclisdə illik hesabatını təqdim edərkən bir sıra tədbirlərlə bağlı konkret faktları təqdim edib.
Musavat.com-un xəbərinə görə, general-leytenant bildirib ki, hesabat ilində insan alveri 15 seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 təqsirləndirilən şəxs yerli axtarışda olmuş, onlardan 16 nəfəri, o cümlədən 3 nəfər insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.
Milli Koordinator qeyd edib ki, hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir:
“Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.
Bununla yanaşı, informasiya texnologiyalarının (WhatsApp, Tik-tok, İnstagram, Telegram sosial şəbəkələrində) tətbiqi ilə törədilmiş 44 müvafiq fakt da aşkarlanaraq Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə 4, 243.1-ci (fahişəliyə cəlb etmə) maddəsi ilə 6, 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə 1 cinayət işi başlanılmışdır.
21 İnsan alveri və məcburi əməklə bağlı olan cinayət işləri üzrə müəyyən edilmiş 91 insan alveri qurbanının (90-ı qadın, 1-i kişi) hamısı Azərbaycan Respublikasının vətəndaşı olub. Onlardan 53-ü Türkiyə Respublikasında, 35-i Birləşmiş Ərəb Əmirliklərində, 2-i Qətər Dövlətində cinsi istismara, 1 nəfəri isə ölkə daxilində əmək istismarına məruz qalıb.
Qurbanlardan 12-i 18-25 yaş arası, 49-u 25-35 yaşlarında, 29-u 35 yaşdan yuxarı olan, habelə 19-u paytaxt, 72-i respublikanın digər şəhər və rayonlarının sakini, 78-i 2015-2023-cü illərdə, 13-ü isə 2024-cü ildə istismara məruz qalan şəxslər olub.
İnsan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Onlardan 80 nəfərinin hər birinə 700 manat birdəfəlik müavinət ödənilib, 56 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi (HİV, AİDS, ginekoloji, terapevt), sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin edilib.
Daha 18 qurban pеşə kurslаrınа yönəldilib, 9 nəfəri işlə təmin еdilib, 1 əcnəbi qurbanın repatriasiyasında, 9 qurbana şəxsiyyət vəsiqəsi və 11 qurbanın ünvanlı sosial yardım almasında, 2 uşaq qurbanın təhsilini davam etdirməsi üçün İnteqrasiya təlimli internat məktəbinə qəbul olunmasında köməklik edilib, 44 qurbanın аiləsinə qаyıdışı təmin olunub”.
E.Paşasoy,
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ