İnsanlara hürriyət, millətlərə istiqlal!

Sırskiy Rusiyanın Ukraynadakı ordusundan danışdı- 100 min artım var

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiy Fransa nəşri “Le Monde”yə müsahibəsində Rusiya ordusunun Ukraynada yerləşən kontingentinin sürətlə artdığını bildirib.

"2024-cü ildə onların sayı əvvəlki illə müqayisədə 100 min nəfər çoxalıb. Müharibənin intensivliyi getdikcə artır," – deyə Sırskiy vurğulayıb.

Musavat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin iyun ayında Ukraynada demək olar ki, 700 min rusiyalı hərbçinin iştirak etdiyini açıqlamışdı.

Həmin ilin dekabrında isə bu rəqəmin 617 min olduğunu bəyan etmişdi. Bu dəyişikliklərə baxmayaraq, Ukrayna tərəfi Rusiyanın hərbi kontingentinin genişlənməyə davam etdiyini qeyd edir.

Mütəxəssislər, hərbi kontingentin artmasının həm münaqişənin gedişatına, həm də regiondakı vəziyyətə təsir edəcəyini proqnozlaşdırırlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR