İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan SON DƏQİQƏ açıqlaması: Bakı ilə...

“Mən ötən ilin sonundan deyirəm ki, sülh müqaviləsi imzalamaq imkanı var idi. Ümid edirik ki, bu, prosesin çox tez başa çatdırılmalı olduğuna dair növbəti siqnaldır, çünki erməni tərəfi bu istiqamətdə hərəkət edəcək və daim iş aparacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Simonyanın fikrincə, prosesin ləngiməsinə əsas səbəb tərəflər arasında sülh sazişinin müddəaları ilə bağlı fikir ayrılıqlarıdır.

Alen Simonyan tərəflər arasında əsas fikir ayrılığının nədən ibarət olduğuna dair suala isə bu sözlərlə cavab verib:

“Heç bir prinsipial fikir ayrılığı yoxdur, biz bənd-bənd müzakirələrimizi davam etdiririk”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR