İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın raket obyektləri ilə bağlı ŞOK GÖRÜNTÜLƏR YAYILDI - FOTO

Amerikanın “Associated Press” (AP) agentliyinin əldə etdiyi yeni peyk görüntüləri İranda ballistik raketlərin istehsalı və inkişafı ilə bağlı obyektlərin bərpa edilməyə başladığını göstərir.

Musavat.com xəbər verir ki, əsasən Pərçin və Şahrud bölgələrində yerləşən müəssisələrdə tikinti və təmir işlərinin aparıldığı müşahidə olunur.

Lakin görüntülərdə diqqətçəkən məqam odur ki, İranda hələ də bərk yanacaq tərkiblərinin homogen şəkildə qarışdırılmasına imkan verən sənaye tipli avadanlıq – planetar qarışdırıcılar mövcud deyil.

Mütəxəssislər bildirirlər ki, bu avadanlıq bərk yanacaqlı raket mühərriklərinin hazırlanması üçün kritik texnologiya sayılır. O, komponentlərin vahid formada qarışdırılmasını təmin edir və olmadan raket istehsalı ciddi şəkildə məhdud qalır.

Ekspertlərin sözlərinə görə, BMT-nin “snepbek” mexanizmi çərçivəsində sanksiyaların bərpası İrana planetar qarışdırıcıların əldə edilməsini daha da çətinləşdirəcək. Bu isə ölkənin raket proqramında texnoloji boşluğun qalacağına işarə edir.

Xatırladaq ki, Böyük Britaniya, Fransa və Almaniya artıq BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların bərpası ilə bağlı prosesi işə salıblar. Yeni məhdudiyyətlərin tətbiqi halında raket və nüvə texnologiyaları ilə bağlı beynəlxalq ticarət üzərində nəzarət daha da sərtləşdiriləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR