İnsanlara hürriyət, millətlərə istiqlal!

Tamaşaçılar "Uzak şehir"ə etiraz etdi: "İzləməyəcəyik"

“Kanal D”nin böyük maraqla izlənilən “Uzak şehir” serialı son bölümü ilə müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki,  ilk seriyadan öldüyü deyilən Boran xarakterinin yaşadığı ortaya çıxıb. Bu isə tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb və etirazlara səbəb olub. Onlar ssenari müəllifini tənqid atəşinə tutub və artıq serialı izləməyəcəklərini bildiriblər.  

Qeyd edək ki, Boran serialda baş qəhrəman Cihan Alboranın böyük qardaşıdır. Cihan Boranın vəsiyyəti ilə onun həyat yoldaşı Alya Albora ilə evlənib. Cihanla Alyanın bir-birinə eşq elan etməsindən sonra  Boranın sağ olduğu üzə çıxıb.

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR