Onlayn ictimai-siyasi qəzet
“Müharibədən dərhal sonra çoxları yenidən etimad səsi alan hökumətin yaxın gələcəkdə sülhü təmin edə bilməyəcəyini deyirdi. Amma hazırda bu istiqamətdə atılan addımların mümkün müharibəni ən azı ləngitdiyi göz qabağındadır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
“Sülh prosesi başlayıb və biz yaxşı işləməyə davam etsək, müəyyən nəticə əldə edə bilərik. Bəli, siz bizim mövqeyimizi bölüşə bilməzsiniz, ancaq elə bir vəziyyət yarana bilərdi ki, Qarabağda uşaqlar (erməni) dünyaya gələ bilməzdi. Bu gün əlimizdə olanların qədrini bilməliyik”, - deyə, Simonyan söyləyib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ