Onlayn ictimai-siyasi qəzet
Qarpız yay süfrələrinin əvəzolunmazıdır. Həm susuzluğu yatırır, həm də xoş ovqat yaradır. Amma yetişməmiş qarpız bu zövqü korlaya bilər.
Musavat.com Türkiyə mətbuatına istinadla tam yetişmiş və ləzzətli qarpız seçməyin sirlərindən bəzilərini təqdim edir:
Böyüklüyünə deyil, çəkisinə fikir verin
Əgər bir qarpız öz ölçüsünə görə daha ağırdırsa, bu, onun həm sulu, həm də şirin olduğuna işarədir. Belə qarpızları seçmək daha məqsədəuyğundur.
Sapın rənginə baxın
Əgər sapı saralmışdırsa, bu, qarpızın tam yetişdiyini göstərir. Əksinə, sapı hələ də yaşıl və təravətlidirsə, bu, qarpızın hələ tam yetişmədiyini göstərir.
Sapının tamamilə quruduğundan əmin olun
Sapı tam qurumuş qarpız daha şirin olur.
Qabığındakı çatlara diqqət edin
Qarpızın qabığında nazik, hörümçək toruna bənzər çatlar varsa, bu, onun həm sulu, həm də ləzzətli olduğuna işarədir.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ