Onlayn ictimai-siyasi qəzet
"ABŞ-ın İrana son dağıdıcı zərbəsindən sonra neft-qaz bazarlarında real üç ssenari mümkündür. Əgər İran tam ram edilərsə və Qərb şirkətləri ölkənin neft və qaz ehtiyatlarına çıxış imkanı əldə edərsə, bu, sanksiyaların götürülməsi ilə nəticələnə bilər".
Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının fikrincə, belə olan halda İran bazara güclü axınla qayıdar və bu da neft-qaz qiymətlərində ciddi enişə səbəb olar:
"Nəzərə almaq lazımdır ki, İran neft ehtiyatlarına görə dünyada dördüncü, təbii qaz ehtiyatlarına görə isə ikinci yerdədir.
Başqa bir ssenariyə görə, münaqişə uzanaraq daha da dərinləşə bilər və bu halda risklər artacağından qiymətlər yüksəlməkdə davam edər.
Üçüncü ehtimal isə odur ki, münaqişə dayanacaq, lakin İranda siyasi dəyişiklik baş verməyəcək və Qərb şirkətləri ölkəyə buraxılmayacaq. Yəni söz atışmaları davam edəcək. Bu zaman sanksiyalar qüvvədə qalacaq və qiymətlər son bir neçə ayda olduğu kimi dalğalı trayektoriyada qalacaq.
Hazırda ən böyük ehtimal uyğun olaraq birinci və üçüncü ssenaridədir".
Xalidə Gəray
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ