Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Xarkov və Donetsk vilayətlərində yerləşən iki yaşayış məntəqəsi Rusiya qüvvələri tərəfindən nəzarətə götürülüb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı bəyanatda Rusiya silahlı qüvvələrinin Ukraynada apardığı əməliyyatlarla bağlı son vəziyyətə dair məlumat verilib.
Bəyanatda bildirilir ki, Rusiya qüvvələri cəbhə xəttində irəliləməyə davam edir:
“Qərb Hərbi Qrupu birlikləri qətiyyətli əməliyyatları nəticəsində Xarkov vilayətində yerləşən Petrovskoe yaşayış məntəqəsini azad edib. Şərq Hərbi Qrupu isə irəliləyərək Donetskdə yerləşən Perebudova kəndinin azad olunması prosesini tamamlayıb”.
Qeyd olunub ki, son 24 saat ərzində Ukraynaya məxsus 164 PUA Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi dünən Donetsk vilayətində yerləşən Zaporojye yaşayış məntəqəsinin də nəzarətə keçdiyini açıqlamışdı.
Musavat.com
22 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ