İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul danışıqlarının üçüncü raundu

Rusiya təkliflərinə təcili cavab istəyir

Ukrayna tərəfi ilə İstanbulda keçiriləcək danışıqların üçüncü raundunun tarixi yaxın günlərdə müəyyənləşməlidir.  Musavat.com “Kommersant.ru”-ya  istinadən xəbər verir ki, Rusiya rəsmiləri böhranın həlli ilə bağlı  təklif etdikləri memorandumunun müzakirə etməyin vaxtının çatdığını  deyirlər. Rəsmi Kiyev isə görüş xatirinə görüşün lazım olmadığını  deyir, lakin qəti “yox” da demir.   ABŞ prezidenti Donald Tramp Moskvaya sanksiya təzyiqinin artırılmasının əleyhinə olsa da, Avropa İttifaqı artıq 18-ci sanksiyalar paketini hazırlayıb və onu sabah müzakirə edəcək.

Rusiya prezidenti Vladimir Putin  Sankt-Peterburqada  beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə keçirilən görüşdə Kiyevə müraciət edərək “oturub danışıq aparmağa” çağırıb. “Əgər danışıqlar aparmasalar, vəziyyət onlar üçün pisə doğru dəyişə bilər” deyə, o əlavə edib.

 Putin telefon danışığı zamanı Donald Trampı da əmin edib ki, Moskva - əvvəldən razılaşdırıldığı kimi - iyunun 22-dən sonra danışıqların yeni mərhələsinə hazırdır. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Kreml məsləhətləşmələrin üçüncü raundunun dəqiq tarixinin bu  həftə razılaşdırılacağına ümid edir. 

683d90b013815683d90b0138161748865200683d90b013813683d90b013814.jpeg (170 KB)

Bu arada Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı da   Ukraynanı iyunun 22-dən sonra İstanbulda  danışıqlar masasına  oturmağı təklif edib.

Diplomat açıq şəkildə bildirib ki, Moskva Kiyevdən bu raundda Rusiya Federasiyasının təklif etdiyi Ukraynada sülh yolu ilə nizamlanma haqqında memorandumun şərtlərinə razılaşacağını gözləyir. Vasil Nebenzyanın fikrincə, bu, “Kiyevin  alacağı ən yaxşı təklifdir”.  

Kiyevdən gələn siqnallar isə göstərir ki, onlar danışıqların yeni raundu ilə bağlı o qədər də həvəsli deyillər. Ukrayna xarici işlər nazirinin müavini   Rusiya tərəfi öncə “İstanbula nə gətirməyi planlaşdırdığını müvafiq kanallar vasitəsilə razılaşdırmalıdır”.   Nazir müavini  ümid edir ki,  nümayəndə heyətinin İstanbul görüşləri hərbi əsirlərin mübadiləsi ilə bağlı yeni razılaşmalara gətirib çıxara bilər, lakin ümumilikdə “bu danışqlar formatı mövcud vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilməz”. Kiyevdə onlar hələ də yalnız iki ölkənin prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin  danışıqlarının səmərəli olacağına inanırlar.

Yeri gəlmişkən, Putin jurnalistlərlə söhbətində “Zelenski də daxil olmaqla hamı ilə görüşməyə hazır olduğunu” deyib. “Problem bu deyil... Məsələ sənədləri kimin imzalayacağıdır”, - deyən Rusiya lideri əlavə edib ki,  krayna Konstitusiyasına görə  Zelenskinin səlahiyyət müddətinin çoxdan başa çatıb. 

 Jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti Donald Tramp da bildirib ki, Rusiya-Ukrayna danışıqlar prosesində irəliləyiş var, lakin bunu əhəmiyyətli adlandırmaq olmaz. Bu və ya digər şəkildə, Ağ Ev rəhbəri əmindir ki, diplomatiyaya şans verilməlidir və məsələn, sanksiya təzyiqi məsələyə kömək etməyəcək.   

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR