Onlayn ictimai-siyasi qəzet
“Rusiya prezidenti Vladimir Putin mayın 15-də Türkiyədə Ukrayna ilı heç bir ilkin şərt olmadan birbaşa danışıqlar təklif edib. Birbaşa danışıqları bərpa etməsini təklif etdikdən sonra Kiyevin artıq seçimi qalmayıb”.
Musavat.com xəbər verir ki, bunu türkiyəli tarixçi və siyasi analitik Mehmet Perincek “RİA Novosti”-yə açıqlamasında deyib. Politoloq hesab edir ki, Zelenski bu təklifi rədd edərsə, Ankaranın dəstəyini itirmək riski var: “Kiyev ya danışıqlar masasına oturacaq, ya da onun vasitəçiliyindən imtina edərək Ankaranı itirmək riski ilə üzləşəcək”, - deyə o, Rusiyanın Ukraynanı küncə sıxışdırdığını bildirib.
Qeyd edək ki, Putin gecəyarı bəyanatında 2022-ci ilin aprelində İstanbulda əldə edilən razılaşmanı yenə yada salıb. “Nəzərinizə çatdırım ki, bu danışıqlar nəticəsində birgə sənəd layihəsi hazırlanıb və o, Kiyev danışıqlar qrupunun rəhbəri tərəfindən paraflanıb, lakin Qərbin təkidi ilə o, sadəcə olaraq zibil qutusuna atılıb” -Rusiya prezidenti deyib.
Rusiya prezidentindən fərqli olaraq Ukrayna lideri isə dəfələrlə iddia edib ki, İstanbulda heç bir razılaşma olmayıb.
Musavat.com xəbər verir ki, “New York Times” (NYT) 2022-ci ildə Rusiya-Ukrayna arasında İstanbul danışıqlarında razılaşdırıldığı iddia edilən sülh müqaviləsi layihəsini dərc edib. Sənədlər 2022-ci ilin martından aprel ayına kimi müzakirə olunub.
Birinci sənəd Ukraynanın Qərb ölkələrinə göndərdiyi 17 mart müqaviləsinin ingilis dilində olan variantıdır. Həmin sənəddə Ukrayna növbəti hücum halında müttəfiqlərinin onun müdafiəsinə qalxacağına (o cümlədən hava məkanını bağlayaraq) və müqavilənin Ukraynanın “beynəlxalq səviyyədə tanınmış sərhədlərinə” şamil ediləcəyinə dair təhlükəsizlik zəmanəti istəyi razılaşdırılıb. Rusiya isə 2014-cü ildən tətbiq edilən sanksiyaların ləğvini, Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını və Ukraynanın Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədləri daxilində Donetsk və Luqansk xalq respublikalarının müstəqilliyinin tanınmasını, habelə nasizmin və neonasizmin hər hansı formada təbliğinin, o cümlədən xatirə abidələrinin demontaj edilməməsini, küçələrin adlarının dəyişdirilməməsini istəyib.
Həmin layihədə Ukrayna silahlı qüvvələrinin sayına və ölkənin arsenalında ola biləcək tankların, artilleriya batareyalarının, döyüş gəmilərinin və döyüş təyyarələrinin sayına məhdudiyyətlər qoyulmasına razılaşıb. Nəşr yazırdı ki, bu sənəd layihəsindən ABŞ hakimiyyəti təşvişə düşüb. Yüksək rütbəli amerikalı məmur ukraynalı həmkarlarına “bu, birtərəfli tərksilahdır” deyib. (Putin də ŞƏT-dəki çıxışında deyib ki, Böyük Britaniya və Vaşinqton sənədin imzalanmasına razı olmayıblar).
Bir neçə gün sonra, martın 29-da Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşüblər. Qəzetin yazdığına görə, bu görüşdə Rusiya razılaşmanı İstanbul Kommünikesi adlı iki səhifəlik sənəddə ümumiləşdirib.
Həmin kommünikeyə görə, Krımın statusunun 10-15 il ərzində müəyyən ediləcəyi, Ukrayna isə yarımadanı güc yolu ilə qaytarmağa cəhd etməyəcəyinə söz verib.
Ukraynanın təhlükəsizlik təminatı verəcək bura bir sıra ölkələr - Böyük Britaniya, Çin, Rusiya, ABŞ, Fransa, Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsrail Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərtərəfli yardım göstərəcəyi ilə razılaşmalı idi.
Aprelin 15-də Rusiya nümayəndə heyəti Putinə 17 səhifəlik saziş layihəsi göndərib. Qəzet qeyd edir ki, müqavilənin ilk səhifələrində tərəflər “ortaq mövqeyə gəliblər. Nəşr yazırdı ki, Ukraynanın ən ciddi etirazı qarant ölkələrlə bağlı beşinci bənd olub. Belə ki, Rusiya sənədin əvvəlki variantda olan “Ukraynaya təcavüz, hər hansı silahlı hücum və ya hərbi əməliyyat durumunda təcili məsləhətləşmələrdən sonra Ukraynaya hərbi yardım göstilərəcəyi” haqda bəndi dəyişib. Rusiya istəyib ki, Ukraynaya hücum olarsa, hərbi yardım yalnız “bütün qarant dövlətlərin razılaşdırdığı halda” qüvvəyə minə bilər.
Kiyev isə bu bəndin bu cür dəyişdirilməsini sülh müqaviləsinin şərtlərinin pozulması hesab edib. Çünki bu bənd Rusiya Ukraynanı yenidən işğal edə biləcəyini və sonra hərbi müdaxiləyə veto qoya biləcəyi demək idi. Bundan sonra Ukrayna danışıqların davam etdirilməsində maraqlı olmadığını deyib.
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ