Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən konfransda bir sıra mühüm açıqlamalarla çıxış edib.
Musavat.com xəbər verir ki, o, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların şərtsiz şəkildə 15 may tarixində İstanbulda keçirilməsini təklif edib. Putin sabah Türkiyə Prezidenti ilə danışıqlar üçün platforma təmin olunması məsələsini müzakirə edəcəyini bildirib.
Bundan əlavə, Rusiya lideri qeyd edib ki, 9 mayda elan olunan qısamüddətli atəşkəsin uzadılması məsələsi Qərb tərəfdaşlarına çatdırılıb və gələcəkdə bu atəşkəsin müddətinin uzadıla biləcəyi istisna olunmur.
Putin ilk dəfə olaraq, Şimali Koreya döyüşçülərinin Ukrayna müharibəsində iştirak etdiyini rəsmi şəkildə etiraf edib. Bu bəyanat beynəlxalq aləmdə ciddi rezonans doğura bilər, xüsusilə də Pxenyanla Moskva arasında hərbi əməkdaşlığın dərinləşməsi fonunda.
O, eyni zamanda, Ukraynanı enerji infrastrukturuna zərbələr və atəşkəs rejiminin pozulmasında ittiham edib. Kremlin bu yanaşması, müşahidəçilərin fikrincə, məsuliyyəti üzərindən atmağa və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa yönəlib.
Sonda isə Rusiya Prezidenti beynəlxalq koalisiyanın irəli sürdüyü 30 günlük atəşkəs təklifini rədd etdiyini açıq şəkildə bildirib.
Toğrul İSMAYIL,
Musavat.com
12 May 2025
11 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ