İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin Hindistan və Pakistanı atəşkəsə əməl etməyə çağırdı

Çin Cammu və Kəşmir bölgəsində Hindistan və Pakistan arasında münaqişənin yenidən başlamasının qarşısının alınmasını zəruri sayaraq hər iki tərəfi atəşkəs rejiminə riayət etməyə çağırır.

Musavat.com xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi deyib: "Çin Pakistan və Hindistan arasında tezliklə atəşkəs əldə olunmasını gözləyir və dəstəkləyir. Münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün hər iki tərəf buna nail olduqdan sonra buna birgə riayət etməlidir"

ÇİN XİN başçısı bu açıqlama ilə pakistanlı həmkarı İshaq Dar və Hindistan Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval ilə telefon danışığından sonra verib.

Vanq Yinin sözlərinə görə, sülhün qorunması Hindistan və Pakistanın maraqlarına, eləcə də beynəlxalq ictimaiyyətin gözləntilərinə uyğundur və regional sabitliyin qorunmasına töhfə verəcək:"Çin bu istiqamətdə müsbət rol oynamağa davam etməyə hazırdır".

Çin xarici işlər naziri Dar ilə söhbətində Pekinin Kəşmirdə münaqişənin genişlənməsindən narahat olduğunu vurğulayıb. O, mülki vətəndaşların həlak olması ilə bağlı başsağlığı verib, həmçinin Pakistanın suverenliyini və milli ləyaqətini dəstəklədiyini bildirib və ölkənin "terrorizmlə mübarizədə beynəlxalq səylərin önündə olduğunu, mühüm töhfə verdiyini" qeyd edib. Vanq Yi əmin olduğunu bildirib ki, İslamabad öz ərazisində Çin personalının və təşkilatlarının təhlükəsizliyini təmin edə biləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

11 May 2025

BÜTÜN XƏBƏRLƏR