İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya ordusu Sumı və Xarkova HÜCUMA hazırlaşır: MƏHŞƏR savaşı BAŞLANIR – CANLI...

Şimali Koreya qoşunları Rusiya ordusunun Ukraynanın Xarkov və Sumı vilayətlərində hücumlarında iştirak edə bilər. Ukrayna Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Andrey Çernyak deyib.

O əlavə edib ki, Şimali Koreya ordusu Ukraynaya qarşı müharibədə artıq 5 min əsgərini itirib. Hazırda daha 6000 belə əsgər Kursk vilayətindədir və döyüşləri davam etdirir.

Çernyak həmçinin vurğulayıb ki, Şimali Koreya qüvvələri cəbhəyə uyğunlaşıb və inkişaf edir, təlimlərini təkmilləşdirib və taktikalarını dəyişiblər:

“Əvvəllər şimali koreyalılar genişmiqyaslı hücuma keçərək Ukrayna artilleriyası və PUA-larının hədəfinə çevrilirdilərsə, indi kiçik qruplar halında hərəkət edirlər”.

Xatırladaq ki, Şimali Koreya hərbi kontingenti bu günədək Rusiyanın Kursk vilayətində gedən döyüşlərdə iştirak edib.
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda Rusiya ərazisində 12 minlik Şimali Koreya qüvvəsinin olduğunu açıqlamışdı.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu Azad Vətən Partiyasının sədri Akif Nağı ilə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR