İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya hərbçisinin ifadələri: “Böyük itkilər döyüş ruhuna təsir etmir” - FOTO, VİDEO  

Hərbi jurnalist Roman Boçkala Ukrayna qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya hərbçisi haqqında maraqlı məlumatlar paylaşıb.

Musavat.com ona istinadən xəbər verir ki, əsir götürülən hərbçinin adı Li Çen Namdır. O, 1999-cu ildə anadan olub və Şimali Koreya ordusunda snayper-kəşfiyyatçı olaraq xidmət edir.

Li Çen Namın sözlərinə görə, Ukrayna müdafiə qüvvələri ilə ilk döyüş təması 8 yanvar tarixində baş verib. O, 14 nəfərlik iki hücum qrupundan birinə daxil idi. Döyüş nəticəsində onun dəstəsindən yalnız özü sağ qalıb.

Əsir hərbçi bildirib ki, Şimali Koreya hərbçiləri Rusiya ərazisinə dəniz yolu ilə gətirilir. Döyüş bölgələrində hərbçilər yeddi nəfərlik qrupa bölünərək sığınacaqlarda yerləşdirilir. Onlara AK-12 avtomatları, həmçinin 60 mm-lik Şimali Koreya istehsalı olan minaatanlar təhkim olunur.

Döyüş ruhu yüksəkdir

Li Çen Namın ifadəsinə görə, Şimali Koreya hərbçilərinin döyüş ruhu yüksəkdir:

“Heç kim döyüş əmrlərini yerinə yetirməkdən imtina etmir, əksinə, döyüşlərdə iştirak etmək istəyirlər”.

Bu açıqlamalar, Şimali Koreya ilə Rusiya arasındakı hərbi əməkdaşlığın yeni detalları barədə daha aydın məlumatlar təqdim edir. Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin ifadələri, həm Rusiya ordusunun xarici dəstəkdən nə qədər asılı olduğunu, həm də Pxenyanın müharibədəki rolunu ifşa edir.

Mənbə: Roman Boçkala, Telegram.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR