Onlayn ictimai-siyasi qəzet
Rusiya Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silaev bildirib ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılan “Zəngəzur dəhlizi”nin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) heç bir aidiyyəti yoxdur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o O, “Lenta.ru”ya müsahibəsində danışıb.
Silayev buradaHindistan və Pakistanın Ermənistanla Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamasının nəqliyyat marşrutu ilə bağlı planlara təsirini şərh edib.
“Birincisi, onların razılaşmaları ŞƏT-ə aid deyil. İkincisi, Zəngəzur dəhlizinin işə salınması üçün əsas maneə ondan ibarətdir ki, bunun üçün Ermənistan qanunvericiliyində dəyişiklik edilməlidir. Həm də çox ciddi şəkildə”, – deyə o vurğulayıb.
Qeyd etmək lazımdır ki, rus ekspertlərinin mövqeyi ümumən amerikalıların rəhbərliyi altında Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq üzərində qurulub.
Musavat.com
04 Sentyabr 2025
00:47 Rusiyanın SAVAŞACAQ gücü YOXDUR: Cənubi Qafqaz əllərindən ÇIXIB - Əli Mustafadan FƏRQLİ TƏHLİL
03 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ