İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgilisinin dəfn mərasimindən sonra video çəkib yoxa çıxdı - 19 yaşlı gəncin intihar etdiyi ehtimal edilir (VİDEO)

Adananın Kozan rayonunda 5 gün əvvəl itən 19 yaşlı Hakan Demiryürek üçün jandarma səfərbər olub.

Musavat.com xəbər verir ki, gəncin sosial mediada yayımladığı video onun intihar etməsi ehtimalını artırıb.

19 yaşlı gənc "Əlvida demədən getmək olmaz. Hamınız yaxşı insanlarsınız. Mən sizi sevirəm. Bəziləri zəifdir, mənim kimi, mən güclü deyiləm", - deyə videoda bildirib.

Sentyabrın 2-də Kozanda sinifdə sevgilisinin dəfn mərasiminə qatıldıqdan sonra "WhatsApp" qrupuna vida mesajı ilə video göndərərək yoxa çıxan Hakan Demiryürek təhlükəsizlik qüvvələri və ailəsi ilə birlikdə rayonun hər yerində axtarılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR