İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar araqdan üz çeviriblər, pivə içirlər: Səbəbi odur ki...

Rusiyada bu ilin yanvar-iyul aylarında pivə satışının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artıb.

Bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb. Ekspertlərin fikrincə, tələbatın artması çoxlu sayda yeni pivə brendlərinin yaradılması ilə bağlıdır. Yeddi ay ərzində bazara 96 ​​yeni pivə adı çıxıb.

Bundan əlavə, pivə digər spirtli içkilərlə müqayisədə maliyyə baxımından kifayət qədər əlçatan içki hesab olunur ki, bu da istehlakçılar üçün cəlbedici haldır. 1 litr pivə orta hesabla 167 rubla başa gəlir. Müqayisə üçün qeyd edək ki, bir litr şərab 595 rubl, konyak 1450 rubl təşkil edir. Yaxın gələcəkdə, peşəkar hesablamalara görə, Rusiyada pivə istehlakının həcmi artmaqda davam edəcək. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR