İnsanlara hürriyət, millətlərə istiqlal!

Seulda Rusiya səfiri XİN-ə xəbərdarlıq edib: “Təhdidlər qəbuledilməzdir”

Rusiyanın Seuldakı səfiri Cənubi Koreyanın təhdidlərinə münasibət bildirib.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya səfirliyi məlumat yayıb.

Daha əvvəl Cənubi Koreya Xarici İşlər Nazirliyinə çağırılan Rusiyanın bu ölkədəki səfiri Qriqori Zinovyev xarici işlər nazirinin birinci müavininə bildirib ki, Rusiya ilə KXDR arasında əməkdaşlıq üçüncü ölkələrə qarşı yönəlməyib. Diplomatın sözlərinə görə, qarşılıqlı fəaliyyət beynəlxalq hüquq normalarına uyğundur və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlib.

Səfir həmçinin vurğulayıb ki, Moskvaya qarşı “təhdid və şantaj” cəhdləri qəbuledilməzdir.

Xatırladaq ki, nazir müavini Kim Honq Kyun Rusiya prezidenti Vladimir Putinin KXDR-ə səfəri və “strateji tərəfdaşlıq” haqqında yeni sazişin imzalanması ilə bağlı Seulun “ciddi mövqeyini” çatdırmaq üçün səfiri çağırmışdı.

Rusiya səfirinin reaksiyası göstərir ki, bu dəfə nazirliyin səfirliyi nota verməsinin qarşılığında səfirlik də nazirliyə xəbərdarlıq edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR